8 may 2024 at 16:05
Jurnalist kodu: 5564
Xəbər kodu: 85470460
T T
0 Persons

Tags

Prezident beynəlxalq qurumları və oyaq insan vicdanlarını məzlum Qəzzə əhalisinə kömək etməyə çağırdı

Tehran - İRNA - Prezident sionist rejimin Qəzzənin məzlum əhalisinə yardım edilməsinin qarşısını almasına toxunaraq, bir daha beynəlxalq qurumları və bütün oyanmış insan vicdanlarını humanitar yardımların göndərilməsi və Qəzzə əhalisinin iztirablarının azaldılması üçün zəmin yaratmağa çağırıb.

Ayətullah Seyid İbrahim Rəisi Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Günü münasibətilə müraciətində sionist rejimin Qəzzənin məzlum əhalisinə yardım və əsas sağlamlıq və tibbi xidmətlər göstərilməsinə mane olmasına toxunaraq, bir daha beynəlxalq qurumları və bütün oyanmış insan vicdanlarını məzlum Qəzzə əhalisinə kömək etməyə, humanitar yardımların göndərilməsi və Qəzzənin məzlum əhalisinin humanitar iztirablarının azaldılması üçün zəmin yaratmağa çağırıb. Bu müraciətin bir hissəsində bildirilir: “Qəzzə əhalisi su, qida, dərman və əsas tibb və sağlamlıq imkanlarının olmaması səbəbindən ən çətin şəraitdə yaşayır. Ölkəmizin Qızıl Aypara Cəmiyyəti və dünyanın digər qurumlarının bu insanlara kömək etmək və lazımi xidmətləri göstərmək üçün hazır olduqlarını bəyan etmələrinə baxmayaraq, təəssüf ki, sionist rejim tərəfindən bunun qarşısı alınıb, hətta bu cəmiyyətin üzvləri də sionist rejimin qəddar hücumundan amanda qalmayıb. Bu, çox təəssüf doğurur.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .